Yemiş satdığı avtomobili maneəyə vuran Bakı sakini yerindəcə ölüb

Yemiş satdığı avtomobili maneəyə vuran Bakı sakini yerindəcə ölüb
# 11 iyul 2015 08:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzası qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 28 May qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Elvin Fəxrəddin oğlu Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobili maneəyə vurub. E. Məmmədov hadisə yerində ölüb.

Polisdən E. Məmmədovun küçə ticarəti ilə məşğul olduğu və qəzaya düşdüyü avtomobillə yemiş satdığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR