Deputat Novruz Aslanov İsmayıllıda Fransa nümayəndə heyəti ilə görüşüb

Deputat Novruz Aslanov İsmayıllıda Fransa nümayəndə heyəti ilə görüşüb
# 21 may 2015 08:36 (UTC +04:00)

Bakı – APA. Millət vəkili Novruz Aslanov Azərbaycanda səfərdə olan Fransa nümayəndə heyəti ilə görüşüb.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, görüş İsmayıllı rayonunda baş tutub.

Fransanın 18 nəfərlik nümayəndə heyəti “Soyqırım abidəsi” önünə gül dəstələri qoyduqdan sonra Lahıc qəsəbəsinə yola düşüb. Onlar orada Lahıcın sənətkarlığı, toxuculuğu, mədəniyyəti ilə yaxından tanış olublar.

Sonra qonaqlar İsmayıllıdakı Heydər Əliyev Mərkəzinə yollanıblar. Burada Fransa nümayəndə heyətinin üzvlərini şagirdlər fransız dilində hazırladıqları kompozisiya ilə qarşılayıblar. Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, dərnəklərlə, əl işləri ilə tanış olduqdan sonra qonaqların RİH-də M. Sadıqovla və Milli Məclisin deputatı Novruz Aslanovla görüşü keçirilib.

Sonra Rayon İcra Hakimiyyətinin akt zalında ictimaiyyət nümayəndələrinin qarşısında İsmayıllı şəhəri ilə Evian-le-Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Yaranan dostluğun ilk addımı olaraq N. Gəncəvi küçəsində Azərbaycan-Fransa dostluq parkının təməli qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR