Bakının bəzi mərkəzi yolları genişləndirilir - FOTO

Bakının bəzi mərkəzi yolları genişləndirilir - <span style="color: red;">FOTO
# 16 mart 2015 07:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakının bəzi mərkəzi yollarında genişləndirmə işləri həyata keçirilir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev mərkəzinin qarşısından gələrək “Bazarstore” yol ötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib yenidən Heydər Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib.

Eyni zamanda Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq, həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirilib.

Bu həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR