FHN-in Akademiyasının kursantı XII Respublika Universiadasında çempion olub - FOTO

FHN-in Akademiyasının kursantı XII Respublika Universiadasında çempion olub - <span style="color: red;">FOTO
# 13 mart 2015 09:05 (UTC +04:00)

Bakı - APA. “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə martın 12-də ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları yüksək nəticələr əldə edib.

APA-nın məlumatına görə, idmanın sərbəst güləş növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Fətulla Mustafayev 75 kq çəki dərəcəsində çempion olub, Nurlan Salahov isə 65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR