Bakının Binəqədi rayonunda yanğın baş verib

Bakının Binəqədi rayonunda yanğın baş verib
# 03 iyul 2016 19:24 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan bir dam altında yerləşən ikimərtəbəli müxtəlif təyinatlı obyektlərin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb.


Obyektin qalan hissəsi, ona bitişik tikililər və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR