Poroşenko Yanukoviç barədə qiyabi məhkəmənin keçirilməsinə dair qanun imzalayıb

Poroşenko Yanukoviç barədə qiyabi məhkəmənin keçirilməsinə dair qanun imzalayıb
# 21 oktyabr 2014 17:42 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko sabiq dövlət başçısı Viktor Yanukoviçin barəsində qiyabi məhkəmə keçirilməsinə dair qanun imzalayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna lideri özünün Twitter səhifəsində yazıb.

“Yanukoviç barəsində qiyabi məhkəmənin keçirilməsini mümkün edən qanun imzaladım”, məlumatda deyilir.

Yanukoviçə qarşı vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR