Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun dekabrda Bakıda keçiriləcək görüşü təxirə salınıb

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun dekabrda Bakıda keçiriləcək görüşü təxirə salınıb
# 08 dekabr 2014 10:03 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, buna görüşdə iştirak edəcək heyətlərin iş cədvəllərində müəyyən dəyişikliklərin olması səbəb olub: “Biz bu tarixi diplomatik kanallarla dəqiqləşdirib, 2015-ci ilin əvvəllərində tədbiri keçirəcəyik. Həştərxan sammitində dövlət başçılarının yekdil qərarı ilə nəzərdə tutulub ki, iki ildən sonra Qazaxıstanda sammit keçirilsin. Bütün Xəzəryanı ölkələr bu tədbirlər çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR