Lənkəranda 29 yaşlı qadın intihara cəhd edib

Lənkəranda 29 yaşlı qadın intihara cəhd edib
# 12 sentyabr 2016 19:28 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda intihara cəhd hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 12-də rayonun Göyşaban kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Natiqə Təmraz qızı Səfərova özünü çaya ataraq intihara cəhd edib. Hadisə barədə xəbər tutan yaxınları dərhal müdaxilə edərək onu çaydan çıxarıblar.

Hazırda Lənkəran Mərkəzi Rayon Xəstəxanasında həkim nəzarəti altında olan qadının vəziyyəti stabil qiymətləndirilir.

Məlumata görə, üç uşaq anası olan Natiqə Səfərova ailədaxili münaqişə nəticəsində həyatına qəsd etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR