Frankfurt-na-Maynda baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı xəsarət alıb, 54 nəfər saxlanılıb.
DPA xəbər verir ki, bu barədə federal torpağının daxili işlər naziri Roman Pozek mətbuat konfransında bildirib.
Saxlanılan şəxslərin yaşı 13-29 arasındadır. İğtişaşlar zamanı 17 mağazaya ziyan dəyib, onlardan beşi qarət olunub. Roman Pozek Frankfurt-na-Maynda zorakılığa meyilli etirazçıların sayının 1-1,5 min nəfər olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər “əsasən miqrantlar arasından” olub.
Şənbə günü Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-na-Mayn və Ştutqartda genişmiqyaslı nümayişlər keçirilib. Axşam saatlarında bəzi şəhərlərdə aksiyalar iğtişaşlara çevrilib. Almaniyanın paytaxtında solçu radikalların yürüşü zamanı polis əməkdaşlarına pirotexniki vasitələr, butulkalar və yumurtalar atılıb, nəticədə 27 polis əməkdaşı xəsarət alıb. Hamburqda barrikadalar yandırılıb, Kölndə isə hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməli olublar.
Ən gərgin vəziyyət Frankfurt-na-Maynda yaşanıb. Burada etiraz aksiyalarının iştirakçıları polislə toqquşub, mağazaları qarət ediblər.