Paşha Bank
Bank Of Baku

Fransada qismən komendant saatı rejimi uzadılıb

Fransada qismən komendant saatı rejimi uzadılıb
# 21 oktyabr 2026 05:14 (UTC +04:00)

Fransada “Sarı jiletlilər”in etiraz aksiyaları zamanı baş verən zorakılıq və talan hadisələrindən sonra Paris, Lion, Lill və Nitsa da daxil olmaqla bir sıra şəhərlərdə tətbiq edilən qismən komendant saatının müddəti uzadılıb.

APA xəbər verir ki, ölkədə yaşayış xərclərinin və yanacağın qiymətlərinin artmasına qarşı başlayan kütləvi etirazlar zorakılıq və qarət hadisələri ilə müşayiət olunub.

Buna görə də hakimiyyət orqanları ölkə üzrə təhlükəsizlik tədbirlərini gücləndirib.

Böyük şəhərlərin müəyyən ərazilərində gecə saatlarında küçəyə çıxmağa qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edilib. Hökumət böhran iclasları keçirərək vəziyyəti nəzarətə götürməyə çalışır.

Etirazlar zamanı zorakılıq hadisələrində iştirak etməkdə şübhəli bilinən yüzlərlə şəxs saxlanılıb.

Bir sıra obyektlərə ziyan dəyməsi ilə əlaqədar genişmiqyaslı araşdırmalara başlanılıb.

Məhdudiyyətlərin bir müddət də qüvvədə qalacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR