Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinə əsər qəbulunun vaxtını uzadıb

Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinə əsər qəbulunun vaxtını uzadıb
# 01 iyul 2016 15:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə elan etdiyi “Yeni nəfəs-II” qısametrajlı ssenari müsabiqəsinə əsər qəbulunun vaxtını uzadıb.

İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaşı 35-dək olan gənclər 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda - bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap və elektron variantda 31 sentyabr 2016-cı il tarixinədək müsabiqəyə təqdim edə bilər.

Qaydaya əsasən Qran Pri 3000 manat, birinci yer 2000 manat, ikinci yer 1500 manat, üçüncü yer 1000 manat məbləğində mükafatlandırılacaq. Qran Pri ssenarinin ekranlaşdırılması nəzərdə tutulub.

Müsabiqənin nəticələri oktyabr ayında açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR