Ağcabədinin 10 kəndində su problemi həll edilib

Ağcabədinin 10 kəndində su problemi həll edilib
# 15 avqust 2015 13:44 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunun Hindarx qəsəbəsində Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən “Ağcabədinin 10 kəndində suvarma sisteminin bərpası” layihəsi başa çatıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi də iştirak edib. Səfiri T. Takahaşi çıxışında, həyata keçirilən layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırıb. O bildirib ki, bu layihənin rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfə verəcəyinə ümidvardır.

"Ağcabədinin 10 kəndində suvarma sisteminin bərpası” layihəsi Yaponiya hökuməti tərəfindən indiyədək Ağcabədidə həyata keçirilən 4-cü layihədir. Layihənin məqsədi Ağcabədinin Hindarx qəsəbəsində, Biləğan, Boyat, Şərəfxanlı, Sərvanlar, Arasbar, Minəxorlu, Hacılar, Qaraxanlı, Köyük kəndlərində suvarma məqsədi ilə istifadə olunan quyuları bərpa edərək, 458 hektar sahəni susuzluqdan xilas etmək və məhsuldarlığı artırmaqdır. Ümumi məbləği 103 min 044 ABŞ dolları təşkil edən layihədən 285 ailə bəhrələnə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR