Cəzaçəkmə müəssisəsinə şokaladın içində mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə şokaladın içində mobil telefon keçirilməsinin qarşısı alınıb
# 08 noyabr 2014 21:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə azadlıqdan məhrum edilmiş Namiq Oqtay oğlu Səmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı sakini Hafiz İslam oğlu Əbiyevin gətirdiyi sovqata baxış keçiriləndə, 4 ədəd plastmas qabda olan maye halındakı şokaladın içində gizlədilmiş 6 ədəd Nokia markalı mobil telefon aparatları və onlara məxsus olan 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR