Prokurorluq orqanlarına qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi iyulun 28-də keçiriləcək

Prokurorluq orqanlarına qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi iyulun 28-də keçiriləcək
# 21 iyul 2015 15:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi iyulun 28-də olacaq.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elan edilən müsabiqənin yazılı imtahan mərhələsi 28 iyul saat 10:00-dan başlayaraq 4 saat ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında vahid auditoriyada (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 10 A) keçiriləcək.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı 23-24 iyul 2015-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR