Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 21 avqust 2015 20:14 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda intihara cəhd hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Bağırov Elçin Ramin oğlu yaşadığı doqquzmərtəbəli binanın damından özünü atacağı ilə hədələyib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Xilasedicilər intihara cəhdin qarşısını alıblar və 22 yaşlı gənc xilas edilib.

İlkin məlumata görə, intihara cəhdə ailə münaqişəsi səbəb olub. Elçin Bağırovun həyat yoldaşı onu tərk edib və o, bu səbəbdən intihar etmək istəyib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində araşdırma aparılır. Elçin Bağırov hazırda polis bölməsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR