Şirvan Dövlət Yanğından Mühafizə Xidməti məktəblilər üçün tanışlıq təlimi keçirib - FOTOSESSİYA - VİDEO

Şirvan Dövlət Yanğından Mühafizə Xidməti məktəblilər üçün tanışlıq təlimi keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2015 11:03 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Dövlət Yanğından Mühafizə Xidməti məktəblilər üçün tanışlıq xarakterli təlim keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, FHN-in yaranmasının 10 illiyinə həsr olunmuş tədbirdə Şirvan məktəbliləri fövqəladə hallar zamanı şəxsi heyət tərəfindən nümayiş etdirilən xilasetmə avadanlıqlarından istifadə qaydaları ilə tanış olub. Şəxsi heyət xilasetmə yastığından və hündürlükdən xilasetmə əməliyyatlarını yerinə yetirməklə öz bacarıqlarını məktəblilərə nümayiş etdiriblər.

Keçirilən tanışlıq xarakterli təlimdə məqsəd məktəblilərin maarifləndirilməsi və eyni zamanda gəncləri FHN-in müdafiə və mühafizə strukturlarında xidmətə həvəsləndirmək olub.

Təlim prosesində şəxsi heyətin aparıcı mütəxəssisləri məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR