Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 İyul
# 09 iyul 2016 18:01 (UTC +04:00)

YORUM

NATO-nun Varşava sammitinin ilk gününün nəticələri bəlli oldu və qərar verildi. Özü də bu qərar "soyuq müharibə" dövrünün ən qaynar vaxtlarında verilən qərarlardan heç də fərqlənmir. Söhbət Şərqi Avropada - yəni Rusiya sərhədlərində hərbi cəhətdən möhkəmlənməkdən gedir. Müttəfiqlər Baltikyanı ölkələrdə və Polşada qoşun saxlayacaqlar.

Əvvəlcədən də deyildiyi kimi, adı çəkilən ölkələrə alyansda daha çox söz sahibi olan dövlətlərin hərbi birləşmələri yeridiləcək. Beləliklə, Litvanın müdafiəçisi Almaniya olacaq, Latviyaya qəyyumluğu Kanada, Estoniyaya himayədarlığı Böyük Britaniya edəcək. Polşada isə ABŞ qoşunları yerləşdiriləcək. Əlavə olaraq qitə akvatoriyasındakı ABŞ-a aid hərbi gəmilərin, Türkiyədəki radar və Rumıniyada hərbi dəniz qüvvələrinin NATO komandanlığı ilə birgə hərəkət edəcəyi diqqətə çatdırılıb.

Bundan öncə də olduğu kimi, bu addımların atılmasında məqsədin NATO-nun bölgədəki üzv ölkələrinin reallaşa biləcək təcavüzdən sığortalanması xarakteri daşıdığı bildirilir. Maraqlı burasıdır ki, eyni zamanda Kremlə baş verənlərin hər hansı təhlükə kimi qəbul edilməməsi tövsiyə olunur.

Bu gün isə sammitin ikinci günüdür. Və əsas müzakirə Ukraynada baş verənlər ətrafında gedəcək. Bu məsələ ilə bağlı qəbul olunacaq qərar da indidən aydındır, deyə bilərik. Kremlə bəyanatlar ünvanlanacaq, Minsk razılaşmalarına Moskvanın əməl etmədiyi deyiləcək və nəticədə Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi və hətta daha da sərtləşdirilməsi qərara alınacaq. Çünki Ukrayna məsələsi Qərbə hələlik rəqibini məhz iqtisadi baxımdan zəiflətmək üçün lazımdır. "Soyuq müharibə"nin isə "isti müharibə"yə keçməsi istisna deyil...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR