Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycanda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 12:24-də Pirquludan 13 km cənubda, Şamaxı rayonunun ərazisində olub.
Yeraltı təkanın maqnitudası 3.1, dərinliyi 14 km olub.
Zəlzələ hiss olunmayıb.