Bakıda soyğunçuluq hadisəsi baş verib

Bakıda soyğunçuluq hadisəsi baş verib
# 06 iyul 2015 09:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda soyğunçuluq hadisəsi qeydə alınıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Əzizbala və Saleh adlı iki qardaş Xaçmaz rayon sakini, 1962-ci il təvəllüdlü Nizami Hüseyn oğlu Məmmədovu aldadaraq ünvanı məlum olmayan evə aparıblar. Daha sonra N. Məmmədovun əlini bağlayaraq döyüblər. Hadisə baş verən ünvana eyni üsulla gətirilən N. Məmmədovun tanışı, Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Nəcibə Bayramovaya hədə qorxu gələrək ondan 5100 manata alaraq hər ikisini buraxıblar.

Hazırda polis hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR