BOK prezidenti Bakıda mükafatlandırıldı - VİDEO

BOK prezidenti Bakıda mükafatlandırıldı - <span style="color: red;">VİDEO
# 20 noyabr 2014 09:10 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) fəxri doktoru adı verilməsi ilə bağlı tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, akademiyada baş tutan mərasimdə təhsil ocağının rektoru Ağacan Abıyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, BOK-un fəxri prezidenti Jak Roqq və BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Abıyev Baxın karyerası barədə ətraflı məlumat verdikdən sonra bildirib ki, akademiya məşhur qılıncoynadanın idmandakı nailiyyətini nəzərə alaraq, ona ADBTİA-nın fəxri doktoru adını verməyə qərar verib. O, ardınca BOK prezidentinə diplomu və xüsusi geyimi təqdim edib.

Bundan şərəf duyan Bax bildirib ki, ADBTİA-nın fəxri doktoru olması böyük şərəfdi. O, əməyini yüksək qiymətləndirildiyi üçün akademiyanın müəllim və tələbə heyətinə öz təşəkkürünü bildirib: “Mən bu akademiyaya daxil olarkən özümü evimdəki kimi hiss etdim. Burada yer alan şəkillərlə tanış olduqda hər biri barədə ətraflı məlumat verildi. Onların uğurlarını və buranın məzunu olduğunu bildikdə çox sevindim. Bu onu göstərir ki, akademiya böyük uğur qazanıb. Rektor Abıyev də çox həssas insandı. Hətta məni tribunaya dəvət edərkən, 5-7 dəqiqədən çox danışmamağı xahiş etdi. Bu onun ürəyinin açıq olmasından xəbər verir”.

Bax ADBTİA-nın Azərbaycan cəmiyyətinə böyük faydasından da danışıb. Onun sözlərinə görə, bu təhsil ocağının yetişdirdiyi idmançılar ölkəmizin adını beynəlxalq arenada inamla təbliğ edirlər: “Buranın məzunları arasındakı Avropa, dünya və Olimpiya çempionlarınızla fəxr edə bilərsiz. Akademiya bu cur bacarıqlı idmançıları yetişdirməklə nəinki ölkəyə, Azərbaycanın bütün dünyada tanınmasına böyük töhfə verib. Yəni, yeni müstəqillik əldə edən ölkə uçun bu böyük işdir. ADBTİA gələcəyinizə də investesiya hesab olunur. Mən burada hamının əziyyətini yüksək qiymətləndirəm. Mənim akademiyanın şurası tərəfindən bu ada layiq görülməyim böyük fəxrdi. Fikrimcə, rektorun verdiyi 7 dəqiqədən kənara da çıxmadım”.

BOK prezidenti çıxışından sonra təmsil etdiyi qurum adından Abıyevə xüsusi hədiyyə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR