Bank Of Baku

Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub

Qriqol Liluaşvili

© APA | Qriqol Liluaşvili

# 16 sentyabr 2026 17:42 (UTC +04:00)

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili 13 il müddətinə azadlıqdan məhrum olunub.

APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Qriqol Liluaşvili ötən gün məhkəmə iclasında son sözlə çıxışında ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrından 2025-ci ilin aprelinədək DTX rəhbəri vəzifəsini tutmuş Qriqol Liluaşvili ötən ilin dekabrında saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvətxorluqda və “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıqdan əldə olunan gəlirlərin müxalifətin maliyyələşdirilməsi üçün istifadə edilməsində ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR