Prezidentə sui-qəsddə və terror aktları planlaşdırmaqda təqsirləndirilənlərin şikayəti təmin olunmayıb

Prezidentə sui-qəsddə və terror aktları planlaşdırmaqda təqsirləndirilənlərin şikayəti təmin olunmayıb
# 30 iyun 2016 12:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Ali Məhkəmədə Azərbaycanda prezidentə sui-qəsd hazırlamaqda və “Eurovision” ərəfəsində terror aktları həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin kassasiya şikayətinə baxılıb.

Təqsirləndirilən şəxslərdən Mehdi Padarovun vəkili Fariz Namazlı APA-ya bildirib ki? şikayət təmin edilməyib.

F. Namazlı təqsirləndirilən şəxslərdən bir neçəsinin kassasiya şikayəti vermədiyini də bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 nəfər ömürlük, 13 nəfər 15 il, digərləri isə 9-10 il müddətinə azadlıqdan məhrum edilib.

Mehdi Padarova isə 10 il iş verilib.

Hökmdən verilən apellyasiya şikayəti də təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR