Azərbaycanla Rusiyanın Maliyyə Monitorinqi Xidmətləri arasında imzalanan saziş təsdiqlənib

Azərbaycanla Rusiyanın Maliyyə Monitorinqi Xidmətləri arasında imzalanan saziş təsdiqlənib
# 23 may 2015 16:43 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Maliyyə Monitorinqi üzrə Rusiyanın Federal Xidməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, saziş 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR