Azərbaycan qızıl istehsalını 50%-dən çox artırıb

Azərbaycan qızıl istehsalını 50%-dən çox artırıb
# 15 aprel 2015 07:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 534,6 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin üç ayı ilə müqayisədə 52% çoxdur. Nəticədə bu ilin aprel ayının 1-nə 23,8 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 18,6 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84,6% azdır. Nəticədə bu ilin aprelin 1-nə 3,0 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR