BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsini aradan qaldırmağa çağırıb

BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsini aradan qaldırmağa çağırıb
# 20 dekabr 2014 04:19 (UTC +04:00)

APA-nın "RBK"-ya istinadən məlumatına görə, bu barədə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman bildirib.

Onun sözlərinə görə, "Boko Haram", "Əl-Qaidə", "Taliban" və “İŞİD” kimi qruplaşmaların fəaliyyəti terrorizmlə transmilli cinayətkarlıq arasında açıq-aşkar əlaqənin olduğunu göstərir.

Dekabrın 19-da BMT Təhlükəsizlik Şurasının üzvləri sərhədlər boyunca terrorçuların hərəkətlərinin qarşısının alınması və terror aktlarının maliyyələşdirilməsinin aradan qaldırılması ilə bağlı qətnamə qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR