Bank Of Baku

Nazirlik avtomobil təmiri sexinin icarədarını cərimələyib

Nazirlik avtomobil təmiri sexinin icarədarını cərimələyib
# 21 may 2018 14:11 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə  Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı şikayət daxil olub.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

 

Əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

 

Faktla bağlı təmir sexinin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR