Qazaxıstan Mərkəzi Bankı: Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır

 Qazaxıstan Mərkəzi Bankı: Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır
# 19 may 2015 11:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır.

APA-Economics” "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Milli Bankının İdarə Heyətinin sədri Kayrat Kelimbetov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ehtiyyat fondlarının yaradılması hesabına böhrana hazırlıqlı olub.

“Bu günə olan məlumata görə, Milli Bankın və Milli Fondun qızıl ehtiyatları 100 milyard ABŞ dolları təşkil edir. Bizim hesablarımıza görə, neftin bir barelinin qiyməti 55 dollardan yüksək olduğu təqdirdə, Milli Fondun ehtiyatlarından istifadə etməyəcəyik. Bu qiymətin mövcudluğu şəraitində kapital axını pozitiv olaraq qalacaq”, - deyə o vurğulayıb.

Bundan başqa, sədr əlavə edib ki, ilin sonuncu rübündən başlayaraq Rusiya iqtisadiyyatında bərpa prosesi başlayacaq. Bunun nəticəsində gələn il regionda iqtisadi artım bütövlükdə yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR