ETSN mütəxəssisləri Beynəlxalq Yer Günü ilə əlaqədar məktəblilərlə görüşüb

ETSN mütəxəssisləri Beynəlxalq Yer Günü ilə əlaqədar məktəblilərlə görüşüb
# 16 aprel 2013 16:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bu gün Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakı şəhəri Yasamal rayon 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və məktəbliləri maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR