Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 May
# 20 may 2015 17:16 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Faciədən bir gün keçdi, 24 saat ərzində bir çox mətləblərə aydınlıq gətirildi, bir çox suallar cavabını tapdı. Hələ aydınlıq gətiriləsi çox mətləblər, cavabını gözləyən çox suallar var. Amma məşhur bir deyimdə deyildiyi kimi, hər şeyin zamana ehtiyacı var. Ən sevindirici məqam isə faciədə ölənlərin sayının artmaması oldu. Xətadan 15 qurbanla sovuşduq və buna görə yanan binadan onlarla insanı sağ-salamat çıxaran xilasedicilərə borcluyuq. Dünya belədir, insan hər faciədən bir pozitiv görüntü almağa çalışır. Bu yanğının pozitivi xilasedicilərdir. Qatı tüstü dumanında öz oksigen balonunu boğulmaqda olan qadına verən xilasedici, otaqları gəzərək çarpayıların altından gizlənmiş uşaqları çıxaran yanğınsöndürən, oddan qorumaq üçün körpəni köynəyinə bükən polis... Dünənki yanğının əsl fotosu budur...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR