Paşha Bank
Bank Of Baku

Kiyev Trampın Zelenskinin vəzifədən uzaqlaşdırılması çağırışına cavab verib

Kiyev Trampın Zelenskinin vəzifədən uzaqlaşdırılması çağırışına cavab verib
# 10 oktyabr 2026 23:55 (UTC +04:00)

Ukrayna hökuməti ABŞ prezidenti Donald Trampın ölkədə prezidentin dəyişdirilməsinin zəruriliyi barədə bəyanatına münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında yazıb.

O vurğulayıb ki, ölkə prezidentinin kim olacağına yalnız Ukrayna xalqı qərar vermək hüququna malikdir.

“Prezident Zelenski müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı xalqımıza rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyindən istifadə edir və qərar vermək hüququ ukraynalılara məxsusdur. Xaricdən səsləndirilən bəyanatlar onun öz işini yaxşı gördüyünü bir daha təsdiqləyir. O, dəstəyə layiqdir”, - nazir bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini müharibəni başa çatdırmaq istəməməkdə ittiham edib və Ukraynanın yeni lider seçməsinin vaxtının çatdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR