Təhsil Nazirliyi Bakı məktəblərində yeni əmək haqqı sisteminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə təklif verəcək

Təhsil Nazirliyi Bakı məktəblərində yeni əmək haqqı sisteminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə təklif verəcək
# 16 oktyabr 2014 11:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə bildirib ki, paytaxtın demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak edib. Onun sözlərinə görə, əmək haqqı sisteminin tətbiqi ilə bağlı müraciət sınaq qiymətləndirmədən sonrakı proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal paylanmasından sonrakı mərhələdir: “Növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə təqdim ediləcək. Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR