Bank Of Baku

Makron: Fransa və ABŞ Hörmüz boğazında gəmiçiliyin bərpası üçün birgə çalışacaq

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 22 sentyabr 2026 05:30 (UTC +04:00)

Fransa və ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və enerji bazarlarında gərginliyin azaldılması üçün səylərini əlaqələndirəcəklər.

"Reuters" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşündən sonra bildirib.

“Enerji bazarlarında gərginliyi azaltmaq, Yaxın Şərqdə kritik infrastrukturu və Hörmüz boğazında gəmiçilik azadlığını qorumaq üçün birlikdə hərəkət etmək qərarına gəldik”, – Makron bildirib.

Hörmüz boğazında gəmi hərəkəti son həftələrdə kəskin azalıb. Reuters-in məlumatına görə, ötən həftəsonu boğazdan görünən rejimdə cəmi 17 yük gəmisi keçib.

Makron həmçinin tərəflərin Ukrayna və Rusiyanın enerji obyektlərinə zərbələrinə moratorium tətbiq edilməsi imkanını müzakirə etdiklərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR