Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək
# 23 sentyabr 2015 14:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 27-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.

MM-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər. Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər, ictimai sağlamlığın və xəstələrin qorunmasına dərman sənayesinin təsiri, ATƏT-in fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada deputat Rafael Hüseynovun “Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq. Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR