İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 240 mln. manat güzəştli kredit verilib - FOTO

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 240 mln. manat güzəştli kredit verilib - <span style="color: red;">FOTO
# 10 oktyabr 2014 11:12 (UTC +04:00)

Bakı. Zahid Abışov – APA. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Zərdab rayonunun Çallı kəndində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 870 investisiya layihəsinin maliyyələşdirilməsinə 398,7 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət və süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 31 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

İşgüzar forum çərçivəsində Zərdab və ətraf rayonlardan olan 56 sahibkara 18,7 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, üzümçülük, süd emalı, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bu il ərzində respublika üzrə 4 233 sahibkara 240 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR