Rumıniya səfiri: “NATO-Azərbaycan tərəfdaşlığı fəal siyasi dialoqa əsaslanır”

Rumıniya səfiri: “NATO-Azərbaycan tərəfdaşlığı fəal siyasi dialoqa əsaslanır”
# 29 iyun 2016 14:58 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “NATO və Azərbaycan arasında münasibətlər güclü inkişaf edir və strateji dəyərə malikdir. NATO-Azərbaycan tərəfdaşlığı fəal siyasi dialoqa və vacib praktiki əməkdaşlığa əsaslanır”.

APA-nın xəbərinə görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu NİSA-nın yay sessiyasında “NATO tərəfdaşlıqları və Avroatlantik məkanda təhlükəsizliyin bölünməzliyi” mövzusundakı paneldə çıxışı zamanı deyib.

D. Çiobanu bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və yük daşımalarında geniş imkanları mövcuddur: “NATO və tərəfdaşlarının enerji infrastrukturu, həyati enerji təchizat mənbələrinin təhlükəsizliyinə qarşı yeni risklərə münasibətdə strateji məlumatlılığı qoruyub saxlanması mühümdür. NATO və Aİ-nin nümayəndəsi olaraq Rumıniya Azərbaycanın Avropa və Avroatlantik institutlarla münasibətlərinin inkişaf etdirilməsini fəal şəkildə dəstəkləməyə davam edəcək”.

Diplomat diqqətə çatdırıb ki, NATO-nun Varşava sammitində Avropa və onun ətrafında təhlükəsizliyin gücləndirilməsi üçün mühüm qərarlar qəbul ediləcək.


Səfirin sözlərinə görə, NATO daxildə təhlükəsizliyi qorumaq üçün sərhədlərindən kənarda da sabitliyə nəzarət etməlidir. “Şimali Atlantika Alyansı kompleks, tez dəyişən təhlükəsizlik mühiti ilə üzləşir. Alyans bunlara güc, qətiyyət və hazırlıqla cavab verir. Müasir çağırışlar müasir alyans tələb edir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR