Yazıçı Məmməd Oruc əməliyyat olunub

Yazıçı Məmməd Oruc əməliyyat olunub
# 15 noyabr 2014 10:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Yazıçı Məmməd Oruc əməliyyat olunub.

Bu barədə APA-ya xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca məlumat verib.

O, bildirib ki, M. Oruc hazırda özünü normal hiss edir: “Qorxulu, narahatlığa əsas olan ciddi bir şey yoxdur. Yırtıq əməliyyatı olunub. İndi özünü normal hiss edir. Mən də Səyavuş Məmmədzadə ilə ona baş çəkməyə, hal-əhval tutmağa gəlmişik”.

F. Qoca əlavə edib ki, M. Oruc bu gün xəstəxanadan evə buraxılıb: “Əməliyyat srağagün keçirilib. Görünür, məsləhət olub ki, evə buraxıblar. Həkimlər əməliyyatın nəticəsini qənaətbəxş qiymətləndiriblər. İndi bağda dincəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR