Türkiyənin Azərbaycandakı səfiri media təmsilçiləri üçün iftar mərasimi təşkil edib - FOTO

Türkiyənin Azərbaycandakı səfiri media təmsilçiləri üçün iftar mərasimi təşkil edib - <span style="color: red;">FOTO
# 08 iyul 2015 20:56 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşkun media təmsilçiləri üçün iftar mərasimi təşkil edib.

APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, bir neçə KİV və jurnalist təşkilatının rəhbəri iştirak edib.

Mərasimdə çıxış edən səfir media təmsilçilərini salamlayıb. O, Türkiyə-Azərbaycan arasındakı əlaqələrin inkişafından, iki ölkə mediasının əməkdaşlığının genişlənməsinin vacibliyindən danışıb.

Öz növbəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov da səfirə dəvət üçün təşəkkürünü bildirib. Şura sədri iki ölkə mediasının münasibətlərinin sıxlaşmasının əhəmiyyətli olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR