Ağ Ev: “Obama Aİ liderləri ilə danışıqlarda Rusiya qarşı sanksiyaların genişləndirilməsinə nail olmağa çalışacaq”

Ağ Ev: “Obama Aİ liderləri ilə danışıqlarda Rusiya qarşı sanksiyaların genişləndirilməsinə nail olmağa çalışacaq”
# 04 iyun 2015 21:59 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Çarlz Kupçan bildirib.

“Prezident Aİ liderləri ilə danışıqları zamanı Avropanın bu ayın sonunadək Rusiya qarşı sanksiyaların genişləndirilməsini müzakirə edəcək. Görüşlərdə həmçinin Moskvaya digər təzyiq yollarından danışılacaq. Obama həmçinin Minsk sazişinin pozulması məsələsini də müzakirəyə çıxaracaq”, deyə Kupçan qeyd edib.

Onun sözlərinə görə, münaqişə tərəfləri razılaşmaların tam implementasiyasından (icrasından) çox uzaqdırlar: “Ötən günlər ərzində biz Ukraynanın şərqində zorakılığın davam etməsinin şahidi olduq. Ağır hərbi texnika təmas xətindən geri çəkilməyib”, deyə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru vurğulayıb.

O, həmçinin, Rusiyanın separatçıları silahlandırmaqda fəaliyyətinin aktivləşdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR