Bakı-APA. Bu gün Hacıqabul şəhərində şirkətə məxsus avtomobil yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, şirkətə məxsus “DAF” markalı yük avtomobilinin banında olan 21 t (104 ədəd) pambıq bağlamasının 20 ədədinin üz hissəsi qarsalanıb, banın üst örtüyü 8 kv.m sahədə yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.