Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
# 09 may 2015 08:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Sabunçu” yol qovşağından “Hava limanı” yol qovşağınadək olan yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, məhdudlaşdırma bu yolun hərəkət hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılması ilə əlaqədardır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR