Yaşlı fransız qadını öldürərək əmlakını ələ keçirən erməni Mərakeşdə tutulub - FOTO

Yaşlı fransız qadını öldürərək əmlakını ələ keçirən erməni Mərakeşdə tutulub - <span style="color: red;">FOTO
# 16 aprel 2015 10:44 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Qətl törətdiyinə görə İnterpol vasitəsilə axtarışda olan erməni Mərakeşdə tutulub. APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, tutulan 48 yaşlı Gevork X. Fransa vətəndaşı olan 78 yaşlı qadını öldürməkdə günahlandırılır.

Qətl hadisəsi 2011-ci ildə Ermənistanda törədilib. Monik Harley adlı fransız qadın ölkəsindən Ermənistana gələndən bir müddət sonra öldürülüb. İstintaqla məlum olub ki, Gevork X. qətli törədəndən sonra qadının bank kartlarını oğurlayıb. 2012-ci ilin yanvarında isə Mərakeşə gedərək Monik Harleyin oradakı evində yaşamağa başlayıb.

İnterpolla axtarışa verilən Gevork X. Mərakeşdə tutularaq, Ermənistana gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR