Ukraynanın Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə Rusiya aviazərbələri nəticəsində azı 31 nəfər ölüb, 5 nəfər yaralanıb, təxminən 50 nəfər itkin düşüb.
“Ukrinform” xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu Komışuvaxaya azı doqquz aviazərbə endirib. Hücum yerli sakinlərin icmanın həyatdayanıqlığı mərkəzində humanitar yardım aldıqları vaxt həyata keçirilib.
Vilayətdə hücum qurbanlarının xatirəsinə noyabrın 3-dən 5-dək üçgünlük matəm elan edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.