Mübariz Qurbanlı: "Azərbaycandan dini təhsil üçün xaricə getmək ümummilli maraqlara uyğun deyil"

Mübariz Qurbanlı: "Azərbaycandan dini təhsil üçün xaricə getmək ümummilli maraqlara uyğun deyil"
# 08 aprel 2015 14:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakı Ali Neft Məktəbində keçirilən “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfransda tələbələrin suallarını cavablandırarkən bildirib.

Komitə sədri qeyd edib ki, bununla yanaşı, dövlət bəzi tələbələrin - Bakı İslam Universitetində və yaxud müəyyən mədrəsələrdə təhsil alanların bir sıra ölkələrə gedərək təcrübə keçməsinə də etiraz eləmir: “Amma birmənalı olara, xüsusi göndərilmənin tərəfdarı deyilik. Bunun da səbəbi odur ki, milli-mənəvi dəyərləri qorumalıyıq və Azərbaycanda kimlərsə başqa ölkələrdə olduğu kimi məscidlərarası, məzhəblərarası qarşıdurma yaratmasına imkan verməməliyik. Bu səbəbdən xaricə dini təhsil ardınca gedilməsinin tərəfdarı deyilik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR