Bank Of Baku

Göygöldə baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

Göygöldə baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb - <span style="color: red;">YENİLƏNİB
# 09 iyul 2018 08:01 (UTC +04:00)

Göygöldə baş verən ağır yol qəzasında xəsarət alan 4 nəfərdən biri xəstəxanada ölüb.

 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində hərəkətdə olan "VAZ 2107"  və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Xəsarət alanlar Daşkəsən rayon sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Pakizə Kazım qızı, 1987-ci il təvəllüdlü Əliyeva Esmira Mahir qızı, Gəncə şəhər sakinləri Verdiyev Rövşən Elman oğlu və yaşlı qadın Verdiyeva Vəsilə Alı qızıdır.

 

Vəsilə Verdiyeva xəstəxanada ölüb.

 

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

 

 

***

 

8 iyul, 18.14

 

Bu gün Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

 

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində baş verib.

 

"VAZ 2107"  və "VAZ 21015" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hazırda yaralılar xəstəxanaya aparılır.

 

Faktla bağlı araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR