BFB-nin dövriyyəsi 4 dəfə azalıb

BFB-nin dövriyyəsi 4 dəfə azalıb
# 05 iyul 2016 14:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cü ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3,66 dəfə azalaraq 1 mlrd. 856 mln. 417 min 131,09 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 14,84 dəfə artaraq 259 mln. 173 min 678,91 manat təşkil edib.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 21,19 dəfə azalaraq 6,457 mln. manata, borc alətləri bazarı 32,68 dəfə azalaraq 37 mln. 960 min 422,84 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olmayıb. Ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 3 mlrd. 729 mln. 005 min 246 manat və ya 3,4 dəfə azalaraq 1 mlrd. 552 mln. 826 min 373 manata enib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR