Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 21 may 2015 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF mayın 15-də Beyləqan rayonunun Birinci Aşıqlı kəndində işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış "yaşıl market"in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının və ət kəsimi, pendir istehsalı, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR