Ötən il ARDNŞ neft satışından 25 mlrd. manatdan çox gəlir əldə edib

Ötən il ARDNŞ neft satışından 25 mlrd. manatdan çox gəlir əldə edib
# 08 iyul 2014 13:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft satışından əldə etdiyi gəlirləri 25 mlrd. 319 mln. manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ-in 2013-cü ilin beynəlxalq maliyyə hesabatları standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatlarında deyilir.

Bu, 2012-ci ilin göstəricisi ilə müqayisədə 2,5% çoxdur.

Ötən il şirkətin neft məhsullarının satışından əldə etdiyi gəlirin həcmi də 2,7 dəfə artaraq 8 mlrd. 951 mln. manat olub. Bu müddətdə ARDNŞ-in neft-kimya məhsullarının satışından əldə etdiyi gəlir isə 8,7% azalaraq 1 mlrd. 854 mln. manat təşkil edib.

Bu arada, ötən il ARDNŞ təbii qaz satışından 1,4 mlrd. manat gəlir əldə edib. Bu, 2012-ci ilin göstəriciləri ilə müqayisədə 26,4% artım deməkdir. Şirkət digər gəlir mənbələrindən 900 mln. manat əldə edib ki, bu da daha əvvəlki illə müqayisədə 62,9% çoxdur.

Qeyd edək ki, 2013-cü ildə ARDNŞ-in əldə etdiyi ümumi gəlirləri həcmi 38 mlrd. 433 mln. manat olub. Bu da 2012-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR