"Kapital Bank"ın bəzi filialları 12 saatlıq iş rejiminə keçir

"Kapital Bank"ın bəzi filialları 12 saatlıq iş rejiminə keçir
# 10 iyun 2016 15:23 (UTC +04:00)

Bakı - APA-Economics. "Kapital Bank"ın bəzi filialları 12 saatlıq iş rejiminə keçir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə əlaqədar olaraq "Kapital Bank"ın "Səbail", "İçəri Şəhər", "Mərkəz", "Xətai" və "Gənclik Mall" filialları 10 iyun - 21 iyun tarixlərinədək şənbə və bazar günləri daxil, saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR