Gəncədə III beynəlxalq şərab festivalı başlayıb

Gəncədə III  beynəlxalq şərab festivalı başlayıb
# 30 sentyabr 2014 20:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bu gün Gəncədə “III Gəncə Beynəlxalq Şərab Festivalı” öz işinə başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə festivalda dünyanın 10-dan artıq ölkəsindən 50-dən artıq nümayəndə iştirak edir. Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransada səfirliyi və Gəncə şəhər icra hakimiyyətinin birgə təşkil etdikləri festival iki gün davam edəcək. Festival iştirakçıların bu gün Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirə Azərbaycan, Fransa, Almaniyan, İtaliya, Rusiya, Moldova, Gürcüstan və bir sıra digər xarici ölkələrin şərab istehsalçıları, distribyuterləri və istehlakçıları qatılıblar.

Dünya şərabçılarının bu mötəbər məclisinin əsas məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etmək də başlıca məqsədlərdəndir.

Festivalın ilk günü yerli şərabçıların beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi keçirilib. Azərbaycan şərabçılarının məhsulları İtaliya, Rusiya, Moldova, Gürcüstan, Fransa və yerli mütəxəssis tərəfindən yüksək qiymətləndirilib.

Festival çərçivəsində ölkələrarası işgüzar əlaqələr qurulacaq, əməkdaşlıq sazişləri imzalanacaq, şərabçılıq sahəsində məşhur olan ölkələrinin stendləri nümayiş etdiriləcək, qonaqlar Gəncənin görməli yerlərini gəzəcəklər. Azərbaycan milli musiqisi və milli mətbəxi ilə tanışlıq da festivalın proqramına daxil edilib.

Sabah qonaqlar şəhərin qədim Cavadxan küçəsində keçiriləcək Şərab Festivalına qatılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR