İlin əvvəlindən Azərbaycanda qiymətli kağızlarla 8 mlrd. manat həcmində əməliyyatlar aparılıb

İlin əvvəlindən Azərbaycanda qiymətli kağızlarla 8 mlrd. manat həcmində əməliyyatlar aparılıb
# 09 dekabr 2014 11:52 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin 11 ayında Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 8 mlrd. 194 mln. 879,402 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11% çoxdur.

Bu barədə “APA-Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, ilin əvvəlindən korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 2,9 dəfə - 4 mlrd. 74 mln. 766,136 min manata qədər artıb.

Xüsusilə səhmlərlə əməliyyatların həcmi 1 mlrd. 154 mln. 334,128 min manat (artım 2,2 dəfə), o cümlədən ilkin bazarda 1 mlrd. 52 mln. 203,411 min manat (artım 2,7 dəfə), təkrar bazarda isə 102 mln. 130,717 min manat (azalma 27%) təşkil edib.

Hesabat dövründə korporativ istiqrazlarla əməliyyatların həcmi 3,3 dəfə - 2 mlrd. 920 mln. 432,008 min manata qədər artıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 129 mln. 276,914 min manat (azalma 43 %), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 1 mlrd. 983 mln. 527,938 min manat (artım 30 dəfə), təkrar bazarda manatda nominallaşdırılmış istiqrazlarla 802 mln. 912,966 min manat (artım 35%) təşkil edib.

Komitənin məlumatına görə, yanvar-noyabr aylarında dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 31% - 4 mlrd. 120 mln. 113,266 min manata qədər azalıb.

Xüsusilə hesabat dövründə Maliyyə Nazirliyinin istiqrazları ilə əməliyyatların həcmi 98 mln. 437,376 min manat (azalma 17%) təşkil edib, Mərkəzi Bankın notları ilə əməliyyatların həcmi 49% - 480 mln. 866,75 min manata qədər artıb, repo əməliyyatları 36 % - 3 mlrd. 540 mln. 809,14 min manata qədər azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR